XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 04:33

Çin valyutası yenə ucuzlaşdı – Yuan 2011-ci il səviyyəsinə düşüb

valyuta-sebeti.jpg

çin Xalq Bankı bu gün milli valyuta yuanın kursunu ABŞ dollarına nisbətdə yenə aşağı salıb. çin Valyuta Ticarət Sisteminin (CFETS) məlumatında bildirilir ki, 1 dollar 6.4495 yuana dəyişdirilib.

Beləliklə,  çin valyutası 137 bənd, yaxud 0.2% ucuzlaşaraq 2011-ci il iyul ayına olan səviyyəyə düşüb. Yuanın ucuzlaşması 2014-cü ilin ikinci yarısından başlayıb. Ən çox ucuzlaşma isə 2015-ci ilin avqust ayında baş verib. Yuan 3 gün ərzində 4.6% dəyərdən düşüb.

çin valyutası uzun müddət, 2005-ci ilin yayına qədər dollara nisbətdə sabit qalıb və 1 dollar 8.3 yuan səviyyəsində müəyyənləşib. 2014-cü ilin yanvar ayında isə yuan möhkəmlənib və 1 dollar 6.8 yuana dəyişdirilib.

Xatırladaq ki, ümumdünya Valyuta Fondu 1 oktyabr 2016-cı il tarixdən yuanın SDR səbətinə daxil edilməsi barədə qərar qəbul edib.

Strateq.az