XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 04:50

Azərbaycan üçün bəd xəbər – ABŞ neft ixracına embarqonu qaldıra bilər

absh-1.jpg

ABŞ Konqresi xaricə xam neft ixracına embarqonu ləğv edən qanunlar paketi qəbul edə bilər. Bu barədə Demokratlar və Respublikaçılar Partiyalarından olan konqresmenlərin bəyanatlarına istinadən The Wall Street Journal qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Vaşinqtonda, Ağ Evdə müzakirə olunan sənədlər paketində bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və ətraf mühitin qorunması ilə bağlı tədbilər görülməsi nəzərdə tutulur. Prezident Obama Administrasiyasında neftin xaricə ixracı ilə bağlı fikir ayrılığı olsa da, müzakirələr nəticəsində bütün tərəfləri razı salan qərarlar qəbul oluna bilər.

Konqres bu qanunlar paketini artıq həftənin ücüncü günü qəbul edə bilər. Amma neft embarqosunun qaldırılması ilə bağlı danışıqlar hələ ki, ilkin mərhələdədir və onun sonda Konqresə təqdim olunan qanun layihələri paketinə daxil ediləcəyi tam dəqiqləşməyib.

Senator Haydi Haytkampa The Wall Street Journal qəzetinə açıqlamasında bildirib ki, “bizdə ehtiyatlı nikbinlik var ki, neft embarqosunun qaldırılması sövədləşmənin bir hissəsi olacaq”.  

Əgər neft embarqosu qaldırılsa, ABŞ dünyada ən böyük neft ixracatçısı olacaq. Son 4 ildə ölkədə neft hasilatı 70% artıb.

Ekspertlərin fikirincə, ABŞ neft ixracına başlasa, onda “qara qızılın” qiyməti daha da düşəcək və uzun müddət 25-30 dollar səviyyəsində qalacaq.

Strateq.az