XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 23:58

Türkiyəli partiya sədrindən sərt bəyanat:“Rusiya ortaq ordu həmləsindən imtina etməlidir!”

Türkiyədə fəaliyyət göstərən Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici həftəlik keçirdiyi mətbuat konfransında Rusiya və Ermənistanın ortaq ordu yaratma təşəbbüslərinə sərt təpki göstərib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəstici bununla bağlı aşağıdakı fikirləri dilə gətirib:

"Bu hadisə gözlərdən və ictimaiyyətin diqqətindən qaçıb. Rusiya və Ermənistan ortaq ordu birləşmələri yaradıb. Bu mövzu çox ciddi bir mövzudur. Rusiya və Ermənistan niyə belə bir ortaq ordu qurma ehtiyacı hiss etmişlər?

Mən buradan hamıya sual vermək istəyirəm: "Rusiyanın belə bir ordu birləşməsinə ehtiyacı varmı? Onsuz da bir super güc olan Rusiyanın 3 milyon yarımlıq heç bir siyasi, iqtisadi və hərbi gücü olmayan Ermənistanla bir ortaq ordu birləşməsi təşkil etməyə ehtiyacı varmı? Yoxdur. Bunu hamımız bilirik. O zaman kimin ehtiyacı vardır? Ya da bu ortaq ordu birləşməsi kimə qarşı, hansı məqsədlə qurulub? Ortaq ordu birləşməsi yaratmağa Ermənistanın ehtiyacı vardır. Çünki Ermənistanın arxasında Fransa başda olmaqla Qərb dünyası olmasa, Rusiya olmasa, Ermənistan nəinki Azərbaycanın 20 faiz torpağını, Dağlıq Qarabağı işğal edə bilər, heç dövlət olaraq öz bayrağını belə dalğalandıra bilməz. Bunu hamımız açıq və dəqiq şəkildə bilirik. Bu ordu birləşməsinin hədəfinin açıqca Azərbaycan və Azərbaycanın can qardaşı olan Türkiyə olduğu konkretdir. Çünki Azərbaycana qarşı baş verəcək hər hansı bir hücumda Türkiyə mütləq və mütləq Azərbaycanın yanında yer alacaqdır. Alma kimi də bir məsuliyyəti vardır".

Mustafa Dəstici sözlərinə davam edərək Türkiyə və Azərbaycanın etməli olduqları diplomatik həmlələrdən də danışıb: "Türkiyə bu mövzuda Azərbaycanla birlikdə diplomatiyanı hərəkətə keçirməli və bu ortaq ordu yaratmaq planından Rusiyanı imtina etdirməlidir. Əks təqdirdə, bölgədə yeni neqativ hadisələr meydana çıxa bilər. Bu, Ermənistanı daha da dəcəlləşdirər. Rusiya bu cür olaylardan uzaq durmalıdır. Türkiyə açıqca buna qarşı olduğunu bəyan etməlidir".

Qeyd edək ki, Böyük Birlik Partiyası Azərbaycanın böyük dostu, Türk milliyyətçilərinin əfsanəvi isimlərindən biri olan və faciəli vertolyot qəzasında dünyasını dəyişən Muhsin Yazıçıoğlunun qurucusu və lideri olduğu siyasi partiyadır.

Strateq.az