XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 16:46

Tramp Koreyaya xəbərdarlıq etdi:“Hərbi arsenalımız doldurulub və döyüşə hazırdır”

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.

 “Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa”, – deyə o, “Twitter”də yazıb.   D. Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.

 Xatırladaq ki, D. Tramp son günlər Şimali Koreya ilə bağlı sərt bəyanatlar verir. (APA)