"KXDR ABŞ-ı təhdid etməkdə davam etsə, peşman olacaq".
Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Əgər Kim Çen Indən daha bir təhdid səslənsə, əgər Quam, ABŞ-ın istənilən ərazisi və müttəfiqlərinə qarşı hər hansı hərəkətə əl atsa, tezliklə peşman olacaq. Güman edirəm ki, Şimali Koreya dediyimin ciddiliyini anlayır. Bu, anlamaq üçün çox sadə sözlərdir”, – deyə, D.Tramp mətbuat konfransında bildirib/APA.