XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 09:39

Rabitədə yeni dəyişikliklər: Nazirin köməkçisi və şöbə müdiri də işdən azad olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda aparılan kadr dəyişikliyi davam edir.

Strateq.az APA-ya istinadən xəbər verir ki, nazirin köməkçisi Ehtiram İdris oğlu Kərimov tutduğu vəzifədən azad olunub. E.Kərimovla yanaşı, nazirliyin ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev də işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə qurumun aparat rəhbərinin müavini İlham Mərdanov da tutduğu vəzifə ilə vidalaşıb.