XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 14:04

“Düşmənin atəş nöqtəsi sıradan çıxarıldı, azı 3 itki var” – Müdafiə Nazirliyi

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır: 

“Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb. Məlumata görə, düşmən canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib”.