XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 15:37

Prezidentin oğlu Trampı əks hücumla hədələdi:"Ağ Evi ələ keçirərik"

Venesueladakı daxili qarşıdurma və etirazçılara qarşı hökumətin mövqeyini sərt tənqid edən, eyni zamanda, başda prezident Nikolas Maduro və ailəsi olmaqla, bır sıra dövlət məmurlarına sanksiyalar tətbiq edən ABŞ-ın hədələri qarşı tərəfdə ciddi etiraz doğurub.

Strateq.az xəbər verir ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın "Venesuelaya hərbi müdqaxilə planı da masadadır" açıqlamasına isə rəsmi Karakasdan cavab gecikməyib.

Belə ki, Prezident Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ötən gün Venesuela dövlət televiziyasında bir verilişə qatılaraq, ABŞ-ın təhdidinə hücumla cavab verəcəklərini bəyan edib.

O, bildirib ki, əgər ABŞ ölkəsinə hərbi müdaxilə edərsə, sərt əks cavabları olacaq: "Biz Amerikaya daxil olub, birbaşa Ağ Evi ələ keçirəcəyik". 

Strateq.az