XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 19:00

Ləğv edilən MTN-nin əməkdaşları sərəncama göndəriləcək – Açıqlama

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə MTN əməkdaşlarının gələcək fəaliyyəti barədə məsələ diqqət mərkəzinə düşüb.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev məsələyə aydınlıq gətirib.
 
A.Nağıyev bildirib ki, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır: “ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.
 
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə MTN əməkdaşlarının sərəncama göndərilməsi prosesinə başlanılacaq.