XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 04:48

Noyabrda ərzağın qiymətləri 0,9 faiz artıb

erzaq-1.jpg

2015-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə, dəyişikliklər baş verməyib. ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz artıb.

Strateq.az  Dövlət Statistika Komitəsinin noyabr ayı üçün açıqladığı məlumatlara  istinadən xəbər verir ki, ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Strateq.az