XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 13:47

“ABŞ reallıqlara hörmət etməlidir, əks halda Çin lazımı tədbirlər görəcək” –Rəsmi Pekin

“ABŞ reallıqlara hörmət etməlidir. Vaşinqton rəhbərliyi ticarət qaydalarını heçə saysa və iki ölkə arasındakı ticarət əlaqələrinə zərər verəcək bir mövqe sərgiləsə, Çin tərəfi lazımı tədbirlər görəcək”.

Bu sözlər Çin Ticarət Nazirliyinin ABŞ Prezidenti Donald Trampın rəsmi Pekinin ticarət əməliyyatları haqda istintaq başladılması əmri ilə bağlı yaydığı açıqlamadandır.

Qeyd edək ki, Tramp bir müddət əvvəl rəsmi Pekinin ticarət əməliyyatları haqda istintaq başladılması haqda əmr vermişdi. Rəsmi Vaşinqtonun iddialarına görə, Çin ölkəyə gələn xarici şirkətlərdən bazara giriş müqabilində müəyyən şeylər tələb edir/Axar.az.