"Səudiyyə Ərəbistanı Yəməndən çıxmaq istəyir".
Bu iddia iki ABŞ diplomatının elektron poçtlarından əldə olunan məlumata əsasən ortaya atılıb.
Məlumatda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman və ölkənin müdafiə nazirinin Yəməndə davam edən müharibəni bitirmək istədiyi iddia edilib.
Qeyd edək ki, şahzadə 2015-ci ildə Yəmənə qarşı başladılan “Qərarlı Fırtına” hərbi əməliyyatına qərar verən şəxslərdən biri olub/Axar.az.