XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 16:54

Taliban Trampa məktub göndərdi:"Əfqanıstanı tərk edin"

Taliban Donald Trampa açıq məktub ünvanlayaraq ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib.

Bu barədə “Khaama press” informasiya yayıb.

Məlumata görə, Taliban göndərdiyi məktubda ölkədə durmadan artan gərginliyi Əfqanıstanda xarici hərbi kontingentin mövcudluğu ilə əlaqələndirib. Bundan əlavə Taliban koalisiya qüvvələrini ölkəni dağıtmaqda ittiham edərək, Əfqanıstanın təhlükəsizlik, iqtisadiyyat və hökumət idarəçiliyi baxımından dəhşətli vəziyyətə salındığını bildirib.

Qeyd edək ki, ABŞ tərəfindən 2001-ci ildən Əfqanıstanda anti-terror əməliyyatları aparılır/Axar.az.