XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 17:14

Ermənistan ordusunda dözülməz vəziyyət yaranıb –20 günün əsgəri özünü asdı

Ermənistanda əsgərin asılmış vəziyyətdə meyiti tapılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti ötən gün Şirak vilayətinin Atsik kəndində aşkar edilib.

O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış. Milliyyətcə yezidi olan A. Sloyan Armavirdə xidmət edib. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.