XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 08:43

Neftin qiymətinin aşağı düşməsi…- Nazir müavini sualları cavablandırdı

Bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

Strateq.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Vergilər nazirinin birinci müavini Natiq Əmirov içki satışına qoyulan məhdudiyyətlərdən danışıb: 

“Normal adamlar normal formada öz kartı ilə gedib içkisini ala biləcək. Biz istəyirik ki, insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsin. Ən ucqar dağ kəndlərində belə post terminalların quraşdırılmasına həvəsimiz də var, planımız da.

Kimsə spirtli içki satmaq istəyirsə, gəlsin, pulsuz post terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək, ala bilər. Bizim üçün bu dəyişiklik vergi yükünü artırmaq deyil, nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır”.

Nazir müavini daha sonra qeyd edib ki, tütün məmulatlarını isə vətəndaş nağd ödənişlə ala bilər: 

“Sahibkar isə tütün məmulatlarını ancaq nağdsız ödənişlə almalıdır”.

Natiq Əmirov həmçinin qeyd edib ki, hər kəs əldə etdiyi gəlirə görə vergi ödəməlidir:

 “Şou-biznes nümayəndələrinin gəlir uçotu yoxdur və bizə təqdim etmirlər. Biz toyları müşahidə edərək, gəlirlərini hesablayıb vergi kəsə bilərik. Amma bu ədalətli olacaqmı? Biz kütləvi şəkildə o vergiləri toplanmasına başlasaq, yenə sual atəşinə tutulacağıq ki, bu nə qədər düzgündür. Biz onlara vergi uçotlarını qeydiyyata alıb təqdim etməyi təklif edirik. Amma növbəti illərdə bu uçotlar təqdim edilməsə, özümüz vergi kəsəcəyik”.

Nazir müavininin sözlərinə görə, fərdi əmək fəaliyyəti ilə məşğul olan dayələrin, ustaların, repetitorların vergiyə cəlb olunması planlaşdırılır:

“Bu gün üçün konkret bir şey demək mümkün deyil. Həmin şəxslərin vergiyə cəlb olunması barədə dünya praktikasında müxtəlif növ tədbirlər var. Vergilər Nazirliyi bu layihə üzərində işləyir. Bunun insanları incitmədən hansı formada, hansı mexanizmlə olacağı müəyyən edildikdən sonra mediaya açıqlanacaq”.

Natiq Əmirov daha sonra qeyd edib ki, lüks mallara vergi qoyma dünyanın hər yerində tətbiq olunur:

Amma bu iqtisadiyyatın çətinlik çəkdiyi yox, çiçəkləndiyi dövrdə olur. Buna görə də bizim növbəti ildə lüks mallara verginin tətbiqi barədə təşəbbüsümüz yoxdur. Neftin qiymətini aşağı düşməsi vergi toplamalarına təsiri ola bilər. Vergi ödəmələri əhəmiyyətli dərəcədə azaldı”.

Vergi toplamalarının 28-30 faizi neft sektoruna, 70-72 faizi isə qeyri-neft sektoruna aiddir.