XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 10:45

“Buna ehtiyac var idi…” – Deputat cərimələrin artırılmasına haqq qazandırdı

Məlum olduğu kimi, son bir ayda Azərbaycanda bütün sahələr üzrə cərimələrin miqdarı dəfələrlə artırılıb. Hətta yeni cərimələr də müəyyənləşdirilib. Vergilər Nazirliyinin bu gün keçirdiyi iclasda isə daha böyük cərimələrin olacağı açıqlanıb.

Bəs cərimələrin artırılması və yeni cərimələrin tətbiqi əhalinin sosial rifahına necə təsir edəcək?

Millət vəkili, Mili Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a bildirib ki, bir çox sahələrdə cərimələrin artırılmasına ehtiyac var idi:

“Biz bununla bağlı qərarlarda dəyişiklik edirik. Elə sahələr var ki, orada cərimələri artırmaq zəruridir. çünki insanlar cərimələrin həddindən çox aşağı olduğunu görüb inzibati xətalara yol verirlər. Bu səbəbdən hansı sahədə xətalar varsa, orada da əsasən cərimələr artılır. Bəzi cərimələr daha çox hüquqi şəxslərlə əlaqədar artırılıb. Amma fiziki şəxslərlə əlaqədar birbaşa artırılan cərimələr aşağıdır”.

Vahid Əhmədov onu da əlavə edib ki, yeni cərimələr müraciətlər əsasında müəyyənləşdirilib: “Müraciətlər daha çox olanda cərimələr tətbiq olnur. Qanunlar qəbul olunanda insanların həyata şəraitinə, onların sağlamlığına ziyan vura biləcək məsələlərə baxılır. Səs-küylü məsələlər üzrə müraciətlər çox olanda bu cərimələr tətbiq olunur. Bu, dünya təcrübəsində də var”.