XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 10:08

“Ya biz, ya da Çin 25-30 ildən sonra hegemon dövlət olacaq” –Trampın müşaviri

"ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir."

Bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.

“Biz Çinlə “iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra hegemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, hegemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək, 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, – deyə S.Bennon qeyd edib. 

Avqustun 14-də prezident Donald Tramp Çinin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması barədə sərəncam verib. Çin öz növbəsində, rəsmi Vaşinqtonu cavab tədbirləri görəcəyi ilə hədələyib/APA.