XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2017 - 15:26

Kəmaləddin Heydərova yenidən vəzifə verildi –FHN rəhbəri DTF-nin vitse-prezidenti təyin edildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Strateq.az APA-ya istinadən bildirir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.