XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2015 - 17:10

Ərdoğanla Cahangirinin fotosu İranı qarışdırdı – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın birinci vitse-prezidenti İsaq Cahangirinin dünənki görüşündən çəkilən foto İranda qalmaqala səbəb olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qalmaqalın səbəbi görüşdə İran bayrağının olmaması, həmçinin liderlərin bir-birilərindən məsafəli oturması olub.

Türkmənistanda təşkil edilən konfransa qatılan Ərdoğan və Cahangiri arasında görüş təxminən 20 dəqiqə davam etmişdi.

İran mediası görüşdə niyə İran bayrağının olmadığı ilə bağlı hökumətdən izahat tələb edir.