NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın Barselona şəhərində törədilmiş terror aktını pisləyib.
Axar.az xəbər verir ki, Stoltenberq hücumu pisləyərkən terrorizmlə birgə mübarizə aparıldığını bildirib:
“Mən Barselonada törədilmiş dəhşətli hücumu pisləyirəm. Biz terrorizmlə mübarizədə birik”, – deyə baş katib bildirib.
Qeyd edək ki, İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb, azı 13 nəfər həlak olub, 50-dən çox yaraı var.