XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 21:00

Poroşenkodan Saakaşvili qadağası: «Rüsvayçılıqdı»

Ukrayna prezidenti Pyotr Poroşenko Odessanın qubernatoru Mixail Saakaşvili ilə ölkənin Daxili İşlər naziri Arsen Avakov arasında yaşanmış insidentə münasibət bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko açıqlamasında Saakaşvilini müdafiə edib: «ölkənin prezidenti, Konstitusiyanın, həmçinin vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olaraq İslahatlar üzrə Milli Şuranın iclasında baş verən bu rüsvayçı insidentə səssiz qala bilmərəm. Bu cür kobud ritorikadan istifadə olunması yolverilməzdir. çox qaba, təhqiredici və milli ayrıseçkilik salan sözlər işlədilib. Kiməsə Ukraynadan rədd olub getmək təklif olunub. Bu cür çağırışları qadağan edirəm. Bunlar yolverilməz sözlər və hərəkətlərdir».

Saakaşvili özü isə Yatsenyuk hökumətinin tezliklə istefaya gedəcəyini bildirib: «Qalan vaxtınızda öz işinizlə məşğul olun. O vaxtın bitməyinə çox qalmayıb». 

Saakaşvili xatırladıb ki, Yatsenyuk və Avakov Şuranın bazar ertəsi keçirilən iclasında ondan Ukraynadan rədd olub getməyi tələb ediblər: «Daxili İşlər naziri senzuradan kənar ifadələr işlətdi. Mən heç yerə gedən və sevimli Ukraynanın qarət olunmasına imkan verən deyiləm».