XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 02:49

Con Kerridən maraqlı bəyanat: “ABŞ-ın Suriyada rejimi dəyişmək niyyəti yoxdur”

kerri-putin.jpg

ABŞ və tərəfdaşlarının bu gün Suryada rejimi dəyişmək niyyəti yoxdur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.   

“ABŞ və tərəfdaşları bu gün Suriyada rejimin dəyişməsinə cəhd etmirlər. Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik”, – deyə Kerri Rusiya prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrovlala görüşündən sonra bildirib.

O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.