XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 05:55

Tanınmış vəkil Elton Quliyev vəfat edib

elton-quliyev.jpg

Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə mərhumun yaxını Bəhruz Əsədbəyli sosial şəbəkədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, tanınmış vəkilin uzun sürən ağır xəstəlikdən vəfat etdiyi bildirilir. 60 yaşlı E.Quliyevin beynində xərçəng şişi varmış. Əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, E.Quliyev ölkənin ən məşhur vəkillərindən biri idi və bir şox qalmaqallı siyasi proseslərdə vəkil kimi çıxış edərək müvəkkillərinin hüquqlarını qorumuşdu. Onun müvəkkilləri isə ayrı-ayrı zamanlarda taleyi həbsxana və məhkəmələrdən keçən müxalifət liderləri və fəalları, media rəhbərləri, hüquq müdafiəçiləri olub. 
 
Mərhumun dəfni bu gün saat 14.00-da olacaq. Hüzr mərasimi isə Təzə pir məscidində (aşağı qapı) keçiriləcək.
 
Allah rəhmət eləsin.