XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 11:33

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşdi- DİN-dən açıqlama

Bakıda sərnişin avtobusunda sürücünü odlu silahla hədələyən şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.