XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 14:00

Atasına abidə qoyduran deputat:"O büstdür, heykəl deyil" + FOTO

"Bu mövzu barədə çox danışmaq istəmirəm. Amma o büstdür, heykəl deyil. Atam Sovet Sosialist əməyi qəhrəmanı, deputat olub, 4 dəfə "Lenin” ordeninə layiq görülüb”.

Strateq.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib.

Sabirabad rayonundan deputat seçilən R. Xəlilov atasına heykəl qordurmağı barədə yayılan xəbərlərə münasibət bildirib: "Ulu öndər dəfələrlə bizim kənddə olub. Büst Sovet vaxtı qoyulub və bu həmin dövrün tələbi olub. Hətta Sovet dövründə kolxoza atamın adı verilib”.