XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 15:05

Prezident İlham ƏliyevGöygölə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Göygöl rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.