XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 09:01

Rusiyadan 2-ci zərbə – Moskvadan Ankaraya yeni sanksiyalar

Rusiyanın Türkiyəyə yönəlik sanksiyalarının ikinci dalğası  başlayır. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Kreml növbəti sanksiyaların üzərində işləyir.
Budəfəki sanksiyalar da iqtisadi xarakter daşıyacaq.

«Kommersant» qəzetinin Rusiya İqtisadiyyat Nazirliyinə istinadən yaydığı məlumata görə, artıq sanksiya layihəsi baş nazir Dmitri Medvedyevə göndərilib. 

Yeni sənəd Türkiyənin tikinti, turizm, mehmanxana xidmətlərinə məhdudiyyəti nəzərdə tutur. 
Bununla yanaşı, türklərin Rusiyanın dövlət satınalmaları layihələrində istənilən iştirakına qadağa qoyulur. 

Layihə müəlliflərindən biri adını açıqlamamaq şərtiylə qəzetə bildirib ki, sənəd qəbul olunarsa, Rusiyayla Türkiyənin hüquqi və fiziki şəxsləri arasında rəsmi müqavilələr imzalana bilməyəcək. Rəsmi müqavilənin olmaması isə bank ödənişlərinin həyata keçirilməsinin qarşısını alacaq.

Hələlik qadağa köhnə müqavilələrə şamil olunmayacaq. Amma gələcəkdə onların da oxşar məhdudiyyətlə üzləşməsi mümkündür. 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Türkiyə ilə barışmaq üçün 3 şərt irəli sürüb. Ankara Moskva ilə münasibətləri düzəltmək istəyirsə, üzr istəməli, Rusiya təyyarəsini vuran hərbiçini cəzalandırmalı və təzminat ödəməlidir.