XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 19:32

Merkeldən Ərdoğana sərt təpki:"İstənilən müdaxiləni qadağan edirik!"

 

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatına sərt təpki verib.

Merkel Ərdoğanı Almaniya vətəndaşlarının sərbəst seçim hüququna müdaxilə etməkdə günahlandırıb. Və bəyan edib ki, Almaniya hökuməti buna imkan verməyəcək.

"Biz heç kimə, eləcə də prezident Ərdoğana bizim vətəndaşların, eləcə də türk əsilli vətəndaşlarımızın sərbəst seçim hüququna müdaxilə etməyə imkan verməyəcəyik. İctimai fikrin formalaşmasına yönələn istənilən müdaxiləni qadağan edirik!", – deyə Merkel bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Almaniyada yaşayan türkləri gələn ay bu ölkədə keçiriləcək seçkiləri boykot etməyə çağırıb(azadliq.info).