XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 09:59

“Problem yaratmaqdan başqa nə etdiniz?” – Bərzanidən PKK-ya qarşı sensasion bəyanat

“Kürd xalqının əsl problemi PKK-dır. Sizin nə istədiyinizi və hansı qüvvələr tərəfindən meydana gəldiyinizi heç kim bilmir”.

Bu sözlər Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokratik Partiyasının (KDP) yaydığı bəyanatda yer alıb.

Partiya PKK-nın siyasi qanadı olan Kürdüstan Topluluq Birliyinin (KTB) ittihamlarına sərt şəkildə cavab verib:

“PKK-nın siyasi qanadı artıq hər hansı bir problemdə KDP-ni ittiham edir. Türk əsgərinin Mosula girməsi bizim yox, PKK-nın səhvi idi. Biz hər zaman sizin yanlış siyasətinizin əvəzini ödəmişik. Hətta sizin Kürdüstan xalqına qarşı zülmlərinizi insanlardan gizləmişik. Kürd xalqının əsl problemi PKK-dır. Sizin nə istədiyinizi və hansı qüvvələr tərəfindən meydana gəldiyinizi heç kim bilmir. Kürd millətinə problem və maneə yaratmaqdan başqa nə etdiniz? Niyə problemlərinizi Türkiyə ilə həll etmirsiniz?

PKK-nın Kürdüstan bölgəsinə nələr etdiyini kürd xalqının bilməsi üçün xarabaya çevirdiyiniz 500 kəndin adını verə bilərik. O kəndlərdəki həyat məhv olub. Kürdüstan hökumətinin bu kəndləri yenidən qurub, xalqın ixtiyarına verməsinə də qarşı çıxdınız. Artıq kürdlərin həyatını qarışdırmaq sizin peşəniz olub. Kürdüstan xalqının sizi tanımasının vaxtı gəlib çatıb”.

Qeyd edək ki, PKK ötən gün yaydığı bəyanatda Mosul yaxınlığına türk hərbçilərinin göndərilməsində KDP-ni günahlandırmışdı.