XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 17:30

Rəsmi Vyanadan Ərdoğana mesaj:"Daxili işlərə müdaxilə qəbulolunmazdır"

"Ərdoğanın təkcə Almaniyanın deyil, başqa ölkələrin də daxili işlərinə müdaxilə etməsi qəbulolunmazdır".

Bu sözləri Avstriya Xarici İşlər naziri Sebastian Kurz deyib.

“Onun “Almaniyadakı türklərə səslənirəm: bizə düşmən olan şəxslərə səs verməyin” açıqlaması yanlışdır. Düzdür, Türkiyə mühüm tərəfdaşdır. Lakin Ərdoğan və ya türkiyəli nazirlər Avstriya haqda da bənzər açıqlama ilə çıxış etsələr, bunu qəti şəkildə rədd edəcəyik”, – Kurz bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türkləri Ankaraya düşmən mövqe sərgiləyənləri dəstəkləməməyə çağırıb/Axar.az.