XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 10:32

Rusiyanın “Mi-8″i qəzaya uğradı – Ölən və yaralananlar var (VİDEO)

Rusiyanın «Mi-8» vertolyotu Kamçatkada qəzaya uğrayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 1 nəfərin öldüyü, 7 nəfərin ağır yaralandığı bildirilir. 

“Vityaz-Aero” şirkətinə məxsus vertolyotda ümumilikdə 22 nəfər olub. İlkin məlumatlara görə, vertolyot uçuş zamanı bir qədər yüksəlməyə çalışarkən anidən yan tərəfə çevrilib və bu da qəza enişinə səbəb olub. 

Hadisə yerinə dərhal təyyarə ilə həkimlər və xilasedicilər yollanıb. Daha iki təyyarənin də yardım üçün əraziyə göndərildiyi bildirilir.