XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 10:59

Rusiyadan Türkiyəyə yeni sanksiyalar

Türkiyə ilə Rusiya arasında yaşanan 'təyyarə böhranı”ndan sonra Rusiyanın təktərəfli tətbiq etdiyi sanksiyaların genişləndiriləcəyi açıqlandı.

Strateq.az xəbər verir ki, yeni sanksiya paketinin əsasən xidmət sektorunu əhatə edəcəyi bildirilir.

Rusiya İqtisadi İnkişaf Nazirliyindəki mənbələrdən “Kommersant” qəzetinə sızdırılan məlumata görə, “növbəti sanksiyalar dövlət və özəl sektor olaraq Türkiyədən xidmət satın almağı, az qala, tamamilə qadağan edəcək. Ayrıca, Rusiya ilə Türkiyə arasında xidmət əvəzinə bütün pul transferləri də dayandırılacaq”.

Yeni sanksiyalar turizm sektorunda otel administratorluğu, ağac sənaye sektorunu, Rusiya dövlət və xüsusi təşəbbüslərin türk firmalarıyla yeni xidmət müqavilələri bağlamasına, türk şirkətlərinin Rusiya dövlət təşkilatları və xüsusi şirkətlərin açdığı tenderləri qoşulmasına qadağanlar gətirəcək.

Ayrıca, Rusiyadakı mülki hava yolu şirkətləri bundan belə pilotlarını Türkiyəyə təhsil almaq üçün göndərməyəcək .