XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 11:03

“Azərbaycan təhsili lazım olan səviyyədə deyil” – Nazir müavinindən etiraf

Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov etiraf edib ki, bu gün Azərbaycan təhsili lazım olan səviyyədə deyil: “Baxmayaraq ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olub, amma yenə də, biz təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik. Eyni zamanda qeyd etməliyəm ki, son vaxtlar birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunsa da, bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb. Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və bu göstəricidən çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir”.