XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2017 - 15:23

Prezident İmişlinin icra başçısını ordenlə təltif etdi –SƏRƏNCAM

 

Prezident İlham Əliyev Vilyam Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Vilyam Fəhralı oğlu Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Ilyam Hacıyev İmişili rayonu icra hakimiyyətinin başçısıdır. Avqustun 10-da onun 60 yaşı tamam olub. Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olub.1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.