XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 13:29

Bir sıra dövlət qurumlarında yoxlama aparılıb – SİYAHI

Hesablama Palatası kollegiyasının növbəti iclasında bir sıra dövlət qurumlarında aparılan yoxlamalar müzakirəyə çıxarılıb.

Strateq.az Palatanın rəsmi saytına istinadən xəbər verir ki, kollegiya iclasında Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

İclasda həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Texniki Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair və Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna ayrılan vəsaitlərin istifadəsinə dair nəzrət tədbirlərinin nəticələri dinlənilib.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.