XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 16:55

Baş nazir prezidentliyə namizəd oldu –Qırğızstan hökuməti istefa verdi


Bu gün Qırğızıstan hökuməti tam tərkibdə istefa verib.

Bu barədə Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hökumətin avqustun 21-də keçirilən iclasında məlumat verib.

Baş nazir deyib: “Qırğızıstan Sosial-Demokrat Partiyası prezident seçkiləri üçün mənim namizədliyimi irəli sürüb. Oktyabrın 15-də keçiriləcək seçkilərdə iştirak edəcəyəm və hökumətin istefası da bununla əlaqədardır”.

Qırğızıstan Prezidenti Almazbek Atambayev istefanı qəbul edib. O, Sooronbay Jeenbekovla görüşündə ona təşəkkürünü bildirərək deyib: “Prezidentliyim dövründə işlədiyim hökumətlərin ən yaxşısı sizin qurduğunuz hökumət olub”.