XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 10:21

“ABŞ dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək” –Trampdan mesaj

"ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək".

APA-nın “NBC” telekanalına verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək.

“Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, yalnız uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi məqsədlərə sadiq qalmağa çağırırıq. İstənilən qərar verilərkən bu prinsipial yanaşma əsas olaraq qalacaq”, – deyə D.Tramp vurğulayıb.