XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 14:13

Mehman Əliyevdən “Turan”dakı yoxlama ilə bağlı açıqlama:"Mütləq məhkəmədə görüşməliyik"

Xəbər verildiyi kimi, Vergilər Nazirliyi “Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb.

Vergi nümayəndələri 2014-2016-cı illərdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirir. Lakin agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli hesab edir.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Modern.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:

“Hələki vergi orqanları sənədlərlə tanış olur. Sentyabrın 29-na qədər bununla bağlı qərar verilməlidir. Ancaq qərarın tez və ya gec çıxarılması ilə bağlı məlumatım yoxdur.

Düzdür, biz vergi orqanının bu hərəkətləri ilə razı deyilik. Bu səbəbdən onları məhkəməyə vermişik. Bu məsələdə ciddi qanun pozuntusu var və ona görə mütləq məhkəmədə qarşılıqlı görüşməliyik. Lakin məhkəmənin vaxtı hələki təyin olunmayıb. Məhkəmə 15 gün ərzində təyin edilməlidir. Amma düşünürəm ki, bu, sentyabrın axırına mümkün olacaq”.