XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 16:12

Azərbaycan Gürcüstana 11 yanğınsöndürən maşın, 60 nəfər canlı qüvvə göndərdi –Yanğına görə

Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və 60 nəfərlik şəxsi heyət bu gün Gürcüstana yola salınıb.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsi prosesində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri də iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının aradan qaldırılmasına cəlb olunacağı gözlənilir.