XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 16:54

“Əgər istəsək, cəmi 5 gün ərzində uranı zənginləşdirə bilərik” –Rəsmi Tehrandan ABŞ-a ismarıc

"Əgər istəsək, cəmi 5 gün ərzində uranı zənginləşdirə bilərik".

Bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

“Bizə 5 gün bəs edər ki, Fordo nüvə stansiyasında uranı 20 faiz zənginləşdirək. Lakin bunu istəmirik, çünki Kompleks Fəaliyyət Planı (JCPOA) razılaşmasının şərtlərinə əməl etməyə çalışırıq”, – Əli Əkbər Salehi bildirib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi halda 2015-ci ildə imzalanmış nüvə razılaşmasını (JCPOA) tərk edəcəklərini deyib/Axar.az.