XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 18:58

ABŞ Rusiya və Çinin şirkətlərinə yeni sanksiya tətbiq etdi –SİYAHI

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.  

Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.  

Moskva şəhərində qeydiyyatda olan “Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın “Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.

Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.  

APA