XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 05:02

Azərbaycanda dollar cüzi bahalaşacaq

dollar-23.jpg

Dünən ABŞ Mərkəzi Bankı – FED-in son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin 0,25%-dən 0,50%-ə qədər artırılmasına qərar verməsi neftiqn qiymətinə gözlənilən təsirini göstərməyə başlayıb.  FED-in qərarından sonra dollar cüzi bahalaşıb. Fedin faiz qərarı ilə bağlı olaraq Brent nefti ucuzlaşaraq bareli 37,15 dollara düşüb.

Marja.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının faiz qəraının Azərbaycan Manatına təsiri sadə vətəndaşları yaxından maraqlandırır. Qeyd edək ki, Manata Fed-in qərarının birbaşa təsiri yoxdur. Fed-in faizləri artırması Azərbaycanın devalvasiyaya getməsinə səbəb ola bilməz. 

ABŞ-da faizlər artırıldıqdan sonra dollar kəskin bahalaşmadı. Hələlik Dolların bahalaşması heç 1%-ə belə çatmır. Avro/dollar məzənnəsində baş verən dəyişikliklər Azərbaycan manatının məzənnəsinə ötürülür. Manatın məzənnəsi dollar və avronun daxil olduğu səbət əsasında müəyyən edilir. Həmin səbətdə, avronun payı dollardan çoxdur. Bu gün  Azərbaycanda dolların cüzi bahalaşacağı, avronun isə ucuzlaşacağı gözlənilir.

Azərbaycana digər bir təsir, faiz qərarının neftin qiymətinə edə biləcəyi dəyişiklik nəticəsində ola bilər. ABŞ Mərkəzi Bankı Fed faizləri qaldırdıqdan sonra neftin qiyməti də kəskin düşməyib. Bakı vaxtı ilə 07:20-də Brent neftinin barelinin qiyməti 37.15 dollar olub.

Strateq.az