XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 19:22

“Azərişıq” ASC-nin Lənkəranda maşınına od vuruldu –Yerli sakinlərdən şok addım

Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.

Hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18 AC 061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub/Report.az.