Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb.
Bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.
Xatırladaq ki, o, 1990-1995-ci ildə Polşanın prezidenti olub. Lex Valensa ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır.
Report