XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 06:21

“Nazirliklərin əlindən bu səlahiyyətlər alınmalıdır” – Deputat

Azərbaycanda fəaliyyət göstərən nazirliklərin çoxunun tərkibində tikinti idarələri fəaliyyət göstərir. 

​ölkədə ən çox investisiyanın təhsilə, səhiyyəyə yönəldildiyi hamıya bəllidir. İnvestisiyalar həmin sahələrə yatırılarkən “Satınalmalar haqqında” qanuna uyğun olaraq tenderlər keçirilir. Adətən, böyük investisiya layihələri həyata keçirən qurumların tərkibindəki tikinti idarələrinin funksiyaları heç də birbaşa tikinti fəaliyyəti ilə məşğul olmaq deyil. Sadəcə, həmin idarələr qanunvericiliyə müvafiq qaydada riayət olunması müqabilində tikintini həyata keçirənlərə dövlət sifarişçisi kimi nəzarət etmək funksiyasını daşıyır. Problem də buradan başlayır…

Böyük məsuliyyət tələb edən sahələr qalır bir kənarda, nazirliklər ayrı-ayrı tikinti işlərinə vaxt sərf edir. Bu isə birbaşa korrupsiyanın daha da genişlənməsinə rəvac verən əsas komponentlərdən birinə çevrilir.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc da Modern.az saytına səsləndirilən arqumentlərlə həmfikir olduğunu deyib: “Bütün nazirliklərin tərkibində tikinti qurumları var. Onların hamısı tikinti nazirliyi funksiyasını yerinə yetirir. Buna ehtiyac varmı?!”

Deputatın fikrincə, tikinti işlərinə nəzarətin həyata keçirilməsi üçün vahid mərkəz yaradılmalıdır: “Birdəfəlik tikinti nazirliyi yaradılmalıdır ki, hərracları da keçirsin, müxtəlif layihələrin reallaşdırılmasına nəzarət etsin və bu sahədə də şəffaflığa nail olunsun. Yaxud nazirliklərin əlindən bu səlahiyyətlər alınmalıdır. Əsas iş qalıb kənarda, hamısı tendersiz verilən layihənin icrasına nəzarət edir. Burada hansı inkişafdan danışa bilərik?!”