XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2017 - 23:33

“Rusiya və onun əlaltılarının istənilən cəhdlərinin qarşısı qətiyyətlə alınacaq” –Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko “Normand dördlüyü” ölkələrinin liderləri arasında keçiriləcək telefon danışığı zamanı Donbasda tədris ili ərəfəsində avqustun 25-dən və ya sentyabrın 1-dən yeni atəşkəs rejiminin tətbiq edilməsinə dair təklif irəli sürmək  niyyətində olduğunu bildirib.

Bunu P.Poroşenko Luqansk vilayətində çıxışı zamanı bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Kiyev Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayacaq, lakin istənilən hücum cəhdlərinin qarşısı qəti şəkildə alınacaq.  

“Bir daha inandırmaq istərdim ki, Ukrayna hökuməti heç vaxt Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayıb və olmayacaq, lakin Rusiya və onun əlaltılarının istənilən cəhdlərinin qarşısı qətiyyətlə və kompromissiz şəkildə alınacaq”, – deyə, Poroşenko qeyd edib. 

APA