XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 06:39

Baş naziri yumruqladılar – VİDEO

İspaniyanın Baş naziri Mariano Raxoy seçki kampaniyası çərçivəsində keçirdiyi görüş zamanı hücuma məruz qalıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Anders adlı gənc seçicilərlə söhbət edən Baş nazirə bir neçə dəqiqə qulaq asdıqdan sonra onun üzünə yumruq zərbəsi endirib.

Zərbədən Raxoyun eynəyi gözündən düşüb. Mühafizəçilər olaya müdaxilə ediblər. Hücumçu dərhal həbs edilib.

17 yaşlı gənc «bunu etdiyim üçün çox şadam» deyərək əməlindən peşman olmadığını bildirib. 

Dekabrın 20-də İspaniyada parlament seçkiləri keçiriləcək. Seçkidə Baş nazirin təmsil olduğu hakim Milli Partiya, Sosialist Əmək Partiyası və Vətəndaş Partiyası iştirak edir.