XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 07:11

Daha bir əsgərimiz şəhid oldu – Nazirlik düşmənə xəbərdarlıq etdi

Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.

Strateq.az xəbər verir ki, bu acı xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Nazirlik, eyni zamanda bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumat və videogörüntülərin də heç bir əsası yoxdur: “Bu, həqiqətə uyğun deyil. Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir”.