XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 07:20

İŞİD-çi döyüşçülərin aylıq maaşı açıqlandı – “Financial Times”

Qərb kəşfiyyatının məlumatlarına görə, İŞİD sıralarında 80 ayrı ölkədən 20 min əcnəbi döyüşür. İddialara görə, insanları bu qruplaşmaya cəlb edən əsas səbəblərdən biri də maliyyədir.

Belə olan halda, İŞİD-çilərin Suriya və İraqdakı döyüşlər müqabilində nə qədər qazandığı, hər ay təkcə neft ticarətindən milyonlar əldə edən qruplaşmanın böyük pullardan sıravilərə nə qədər ayırdığı maraq doğurmaya bilmir.

Strateq.az xəbər verir ki, «Financial Times» ilk dəfə olaraq bu məsələyə aydınlıq gətirib. 

Nəşrin məlumatına görə, İŞİD-in illik qazancının üçdə ikisi cihadçıların maaşına ayrılır. İŞİD sıralarına qoşulan könüllülərin aylıq maaşı 600-dən 1000 dollara qədərdir.

Qruplaşmaya qoşulan və İŞİD lideri Bağdadiyə sadiqlik andı içən yerli sakinlərin aylıq maaşı əcnəbilərdən xeyli az – 200-300 dollardır. And içməyənlərə isə hər ay 50-150 dollar arası pul ödənir. Ailəli döyüşçülərə əlavə olaraq 50 və hər uşağa görə də 30 dollar verilir.