XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 08:05

ABŞ Çini 2 milyardlıq silahla “vurdu”

Rəsmi Pekinin etirazlarına baxmayaraq, Obama Administrasiyası ABŞ-ın Tayvana böyük həcmdə silah-sursat satmasına razılıq verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tayvan Birləşmiş Ştatlardan 1,8 milyard dollarlıq müasir silah və hərbi avadanlıq alacaq. Bura raketlər və hərbi maşınlar da daxildir. 

Vaşinqton bəyan edir ki, silah satışı Tayvanın müdafiə qabiliyyətini möhkəmləndirməyə yönəlib. Və bu, ABŞ-ın çinin bütövlüyünə dair mövqeyini qətiyyən dəyişmir. 

Pekin üçün isə ABŞ-ın bu addımı – əyaləti hesab etdiyi Tayvana silah satması arxadan vurulan zərbə kimidir. 

ABŞ qanunvericiliyi Vaşinqtonun Tayvana yalnız özünümüdafiə məqsədilə silah satmasına imkan verir. 

çin Tayvanı öz nəzarətinə keçirmək üçün güc tətbiqindən belə, çəkinməyəcəyni dəfələrlə bəyan edib.